Hadisə

2 milyonluq torpağı ələ keçirmək istəyən bələdiyyə sədrinin məhkəməsi başlayır

Dəyəri 2 milyon manata yaxın torpaq sahələrini ələ keçirməyə cəhddə ittiham olunan Səbail Rayon Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib. Bundan sonra yanvarın 25-nə məhkəmə baxış iclası təyin edilib.

Əhməd Hüseynov dələduzluğa cəhd, rəsmi sənədləri saxtalaşdırma, vəzifə səlahiyyətlərini aşma və s. ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq dövründə həbsdə olmayıb.

Cinayət işi üzrə Səbail rayon Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.

Bənzər yazılar

Back to top button