Gündəm

Laçın yolunda aksiyanın 36-cı günü

Bazar ertəsi, yanvarın 16-da sülhməramlıların yük maşınları karvanı Laçın yolu ilə Xankəndindən Ermənistana gedib.

Bir gün əvvəl eyni marşrutla Qırmızı Xaç Komitəsinin maşınları ilə beş erməni xəstə maneəsiz Ermənistana aparılıb, xəbəri Ermənistan KİV-ləri yayıb.

Aksiya iştirakçıları iki istiqamətdə: Laçın və Xankəndi tərəfdən yolda dayanmağa davam edirlər. Rusiya sülhməramlıları hər iki tərəfdə təxminən 100 metr məsafədədirlər. Söhbət bir neçə əsgərdən və hər tərəfdən bir zirehli maşından gedir.

Xankəndi-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının aksiyası 36 gündür davam edir. İştirakçılar separatçılardan Bakı nümayəndələrinin Qarabağın keçmiş Mardakert rayonunda qanunsuz istismar olunan “Qızılbulaq” və “Dəmirli” mədənlərinə çıxışını təmin etməyi tələb edirlər.(Turan)

Bənzər yazılar

Back to top button