İqtisadiyyat

Astara sərhəd-keçid məntəqəsində çox sayda maşın növbə gözləyir

Astara sərhəd-keçid məntəqəsində İran yük maşınlarının sərhəddən keçməsində gecikmələr yaranıb, bu da sərhəddə uzun növbəyə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Avtomobil Nəqliyyatı Təşkilatının Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti bildirib.

Onun sözlərinə görə, problemə Azərbaycanda Yeni il tətili səbəb olub: “Problemin yaxın bir həftə ərzində aradan qaldırılacağı bildirilib”.

Qeyd edək ki, bəzi yük maşınları bir həftədir İran Astarasında sərhədi keçmək üçün növbə gözləyir.

Bənzər yazılar

Back to top button