Hadisə

Mənimsəməyə görə vəzifəli şəxslərə cinayət işi açıldı

“Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

AzToday.az rayon prokurorluğuna istinadən xəbər verir ki, araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illlər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bənzər yazılar

Back to top button