Hadisə

İmişlidə ov edən ABŞ və Yəmən vətəndaşları saxlanıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yeniavaz.com-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yəmən vətəndaşı Al-
Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, – B.Məmmədov deyib.

Bənzər yazılar

Back to top button