Siyasət

ABŞ “hərbi əməliyyatları dərhal dayandırmağa” çağırır – Blinken

ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca hücumlar, o cümlədən Ermənistan daxilində əhali mərkəzləri və mülki infrastruktura zərbələr endirilməsi ilə bağlı xəbərlərdən “dərin narahatdır””, – deyə dövlət katibi Entoni Blinken bildirib.

“Biz çoxdan bildirdiyimiz kimi, münaqişənin hərbi yolla həlli ola bilməz”, o deyib.

“Biz bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”- dedi Blinken.

Bazar ertəsi Azərbaycan və Ermənistan arasında yeni toqquşmalar Bakının Ermənistan qüvvələrini onun sərhədində kəşfiyyat fəaliyyəti, əraziyə silah ötürməsi və mina əməliyyatları aparmaqda ittiham etməsi ilə başlayıb. Azərbaycan Müdafiə Nazirliyi onun hərəkətlərinin “lokal xarakter daşıdığını və hərbi obyektlərə qarşı yönəldiyini” bəyan edib.

Bu addım ABŞ-ın regional sülh və əməkdaşlığı təşviq etmək məqsədilə 2020-ci ilin payızında Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv döyüşlərin baş verdiyi ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırdığını elan etdikdən bir gün sonraya təsadüf edir.

Dövlət katibi Blinkenin Qafqazda danışıqlar üzrə baş müşaviri, səfir Filip Riker hazırda regiondadır. O, iki ölkənin rəsmiləri ilə müzakirələr aparır

ABŞ Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün səy göstərir.

Bənzər yazılar

Back to top button