Dünya

ABŞ yüksək səviyyəli nümayəndə heyəti Kiyevdə Ukraynaya dəstək məsələsini müzakirə edir

Bazar ertəsi Kiyevdə ABŞ Dövlət Departamentinin nümayəndəsi daxil olmaqla, yüksək səviyyəli nümayəndə heyəti prezident Zelenski ilə görüşüb. “Rusiyanın təcavüzünə qarşı müdafiədə ABŞ-ın Ukraynaya qəti və sarsılmaz dəstəyi təsdiqlənib”, – Dövlət Departamentinin məlumatında deyilir.

Dövlət katibinin müavini Vendi Şerman, Ağ Evin milli təhlükəsizlik üzrə müşavirinin birinci müavini Con Finer və müdafiə nazirinin müavini Kolin Kal baş nazir Şmıqal, müdafiə naziri Aleksey Reznikov və digər rəsmi şəxslərlə görüşüblər. Onlar Ukraynanın təhlükəsizlik potensialının möhkəmləndirilməsi üçün diplomatik səyləri və təhlükəsizlik sahəsində yardımı müzakirə ediblər. Həmçinin Ukraynanın enerji infrastrukturunun bərpası məsələləri müzakirə olunub, Dövlət Departamentinin məlumatında deyilir.

“Səfərdən öncə nümayəndə heyəti Almaniya və Polşada olub, Ukraynaya təhlükəsizlik sahəsində ABŞ-ın yardımını müzakirə edib”, – məlumatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button