İqtisadiyyat

Azərbaycanda orta aylıq əmək haqqı 2 manat artdı – Rəsmi

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 829 manat 90 qəpik olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-oktyabr) müqayisədə 2 manat artıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 827 manat 90 qəpik olub.

Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Məlumat üçün bildirək ki, ötən ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat
Yanvar-Noyabr – 829,9 manat

Bənzər yazılar

Back to top button