Cəmiyyət
Bakıda çiskin, rayonlarda duman gözlənilir

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, bəzi yerlərdə çiskin gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4+6, gündüz müsbət 7+9 dərəcə olacaq, Ekologiya və Milli Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında da əsasən yağıntısız keçəcək, bəzi yerlərdə duman gözlənilir, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə mənfi 3 dərəcə şaxtadan gündüz mənfi 2 dərəcəyədək isti, gündüz müsbət 6+10 dərəcə olacaq.
Dağlarda gecə mənfi 5-10, gündüz mənfi 3+ 2 dərəcə olacaq.
Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.