İdman

Şeydayev Avropanın bombardirləri sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə Avropa üzrə bombardirlərin adlarını açıqlayıb.

Aut.zz xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev də yer alıb.

26 yaşlı forvard ötən il ərzində vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb. Şeydayevlə birlikdə daha 9 oyunçunun aktivində 25 top var.

Qeyd edək ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı hücumçu 56 qol vurub. O, ən yaxın izləyicisi olan norveçli Erlinq Halandı 10 qol qabaqlayıb.

Bənzər yazılar

Back to top button