İdman

İbrahimoviçlə yeni müqavilə imzalandı

“Bavariya” klubun yetirməsi olan Ariyon İbrahimoviçin sözləşməsinin müddətini uzadıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2025-ci ilin yayına kimidir.

Ariyon İbrahimoviç “Bavariya”nın yetirməsidir. Kosovo əsilli almaniyalı vinger əsas komandanın heyətində məşq etsə də, debüt etməyib. O, bu mövsüm U-19 Bundesliqa və Gənclər Çempionlar Liqasında 16 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button