Dünya
İrəvan və Tehran qardaşlaşır

İrəvan və Tehran şəhərləri qardaşlaşacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilib ki, İrəvan meri Qraçya Sarkisyan Tehrana səfər edib. Səfər çərçivəsində İrəvanla Tehran arasında qardaşlaşmış şəhərlər elan edilməsi haqqında saziş imzalanacaq.
İrəvan meri həmkarı Əlirza Zəkani və Tehran Şəhər Şurasının sədri Mustafa Çamrani ilə görüşlər keçirəcək.