Dünya

ABŞ Dneprə endirilən raket zərbəsini qınayır və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirir

Çərşənbə axşamı Ağ Ev Rusiyanın Dneprdə yaşayış binasına ən az 45 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən raket zərbəsini “barbarlıq” adlandırıb və məsuliyyətə çağırıb, xəbəri Turan-ın müxbiri verib.

“Biz Rusiya qüvvələrinin törətdikləri vəhşiliklərə, habelə hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi istiqamətində işimizi davam etdirəcəyik”, deyə mətbuat katibi Karin Jan-Pyer mətbuat üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, ruslar “Ukrayna xalqının gücünü, cəsarətini və qətiyyətini layiqincə qiymətləndirmir”. Bu şərh prezident Baydenin Niderland baş naziri Mark Ryutte ilə görüşündə səslənib. İki dövlət başçısı görüşdə “Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üzrə səyləri” müzakirə ediblər, deyə Ağ Evin məlumatında bildirilir.

Bənzər yazılar

Back to top button