İdman

Fəhlələrin haqqını yeyən “Şamaxı” bu oteldə nə qədər pul “yuyub”?

“Şamaxı” rəhbərliyinin bir neçə fəhlənin pulunu vermədiyi haqda məlumat yaymışdıq. Bununla bağlı Aut.az-da gedən ilk yazıda klub rəsmiləri bildirmişdilər ki, yaxın vaxtda fəhlələrin pulu veriləcək. Ancaq 2022-ci ilin sonuna qədər fəhlələrin pulu köçürülmədi. Klubun maliyyə meneceri isə fəhlələrə “pulunuzu yemişik, əcəb etmişik” cavabını vermişdi. Bununla bağlı ikinci yazıya isə klub rəhbərliyi, ümumiyyətlə münasibət bildirmədi.

Və 7-8 fəhlənin pulunu verə bilməyən “Şamaxı” qış fasiləsində Antalyada 100 minləri xərclədi. Sual olunur: fəhlənin pulunu verə bilməyən bir komanda Antalyada nə gəzir? Ümumiyyətlə acından ölən “Şamaxı” orada nə qədər vəsait xərcləyib?

Bununla bağlı kiçik araşdırma apardıq. “Şamaxı” Antalyada

Side bölgəsində – “Kamelya Selin” otelində məskunlaşıb. Bu oteldə bir nəfərin bütün məsrəfləri daxil, günlük xərci 50-60 avro arasında dəyişir. Amma nədənsə “Şamaxı” rəhbərliyi orada hər bir şəxsi 110 dollara yerləşdirib.

Təbii ki, bu, pul “yumaq” üçün əla vasitədir. Otel rəhbərliyi ilə 60 avroya razılaşırsan, amma sənədləşmədə 110 avro göstərilir. Bir nəfər üçün hər gün 50 avro səssiz-səmirsiz “yuyulur”.

“Şamaxı” Antalyaya yanvarın 8-də gedib. Özü də 40 nəfərlik heyətlə. Deməli, hər gün üçün 2 min avro “yuyulub”. On gün ərzində isə 20 min avro. Yəni 40 min manata yaxın vəsait. Allah bərəkət versin. Belə rahat qazancdan kim imtina edər? Ümid edək ki, “Şamaxı” rəhbərliyi Antalyada “yuduğu” vəsaitdən 5-6 min manat ayırıb fəhlələrin pulunu verəcək. İnsafları olsa.

Bənzər yazılar

Back to top button