CəmiyyətManşet

Məşhur alqoritmin naxçıvanlı müəllifi – Əli Rasizadə

“Holland xəstəliyi” haqda yəqin ki, çoxunuz məlumatlısınız. Lakin, ondan da məşhur „Rasizadə alqoritmi“ haqda az adamın xəbəri var. Bu alqoritm bir resursdan asılı olan Azərbaycan kimi ölkələri izah edən “Holland xəstəliyi”ndən sonrakı dövrü proqnozlaşdırır. Bu alqoritmə inansaq, neft bumu arxada qaldıqdan sonra Azərbaycan endemik korrupsiya və sənaye potensialının yoxluğu üzündən üçüncü dünya ölkəsinə çevriləcək.

Məşhur alqoritmi ətraflı izah etməmişdən öncə onun müəllifi, hazırda ABŞ-da yaşayan Əli Rasizadə haqda məlumat verək.

Əli Rasizadə 1947-cü ildə Naxçıvan şəhərində anadan olub. Bir müddət sonra ailəsi Bakıya köçür və o, burada 6 saylı orta məktəbi, sonra isə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. Hərbi xidmətdən sonra, 1970-1974-cü illərdə Moskva Dövlət Universitetində aspiranturasında təhsil alır və tarix elmləri namizədi adını qazanır.

1974-1983-cü illərdə ADU-da və Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları institutunda işləyib. Daha sonra yenidən Moskvaya qayıdan Rasizadə burada doktorluq işini müdafiə edir.
SSRİ dağılan ərəfədə Cənubi Florida universitetinin dəvəti ilə ABŞ-a köçür və burada sovetoloq kimi ixtisaslaşır.

Əli Rasizadə həm də Stenford, Berkli, Kaliforniya, Harvard və başqa universitetlərdə sovet tarixindən mühazirələr oxuyur. Məşhur azərbaycanşünas tarixçi Tadeuş Svetoxovskinin dəvəti ilə Monmut universitetində işləyir. O, özünün ikinci doktorluq dərəcəsininNyu-Yorkun Kolumbiya universitetində alır.

Onun məqalələri məşhur sovetoloq Zbiqnev Bjezinskinin diqqətini çəkir və alim 2000-ci ildə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq tədqiqatlar mərkəzinə dəvət olunur. 2004-cü ildən 2013-cü ildə pensiyaya çıxana qədər isə Milli Elmlər Akademiyasının Tarixi Tədqiqatlar İnstitutunda işləyir.

Bu illər ərzində Əli Rasizadə Rusiya və başqa postsovet ölkələrində gedən proseslərlə bağlı araşdırmalar aparır, maraqlı proqnozlar verir. Onun fikrincə, SSRİ-nin çöküşü Rusiyanın parçalanmasının birinci hissəsidir və bu ölkə də parçalanmağa məhkumdur.

Rasizadə 2008-ci ildə öz adını alacaq (Rasizadə alqoritmi) model tipini irəli sürdü. Bu modeldə o, iqtisadiyyatı hər hansı faydalı resursdan (neft, qaz, almaz, qızıl və s.) asılı olan ölkələrdə həmin resursun hasilatının tükənməsi və ya qiymətinin kəskin enməsi zamanı baş verəcək prosesləri təsvir edir.

Bu alqoritmə görə, hər çey zəncirvari və spiralvari baş verir: ölkəyə valyuta axını azalır, hökumət büdcəni doldurmar və maaşları, pensiyaları, müavinətləri ödəyə bilmək üçün devalvasiya gedir, real məzənnədə büdcənin gəlirlərinin azalması üzündən xərcləri də azalır. Bunun nəticəsində alıcılıq qabiliyyəti aşağı düşür və ticarət dövriyyəsi azalır. Daha sonra yığılan vergilər azalır, büdcənin gəlirləri kəskin azalır. Buna uyğun olaraq xərclər də azalır, alıcılıq qabiliyyəti və ticarət dövriyyəsi sürətlə aşağı düşür, müəssisələr xeyli işçilərini işdən çıxarmalı olurlar. Bundan sonra spiralın yeni halqası başlayır və hökumət yeni devalvasiyaya getməli olur.
Bu alqoritm öz müəllifinə dünya şöhrəti qazandırıb.

ABŞ-da daha çox Alek Rasizadə kimi tanınan 76 yaşlı tarixçi hazırda Vaşinqton yaxınlığında Silver Sprinqdə yaşayır.(Gündəlik Naxçıvan)

Bənzər yazılar

Back to top button