GündəmSiyasət

RF XİN başçısı Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi ideyasını tənqid edir

Bakının razılığı olmadan Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi səmərəsizdir. Bu barədə çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında RF XİN başçısı Sergey Lavrov bildirib.

“Müttəfiq olmağımıza, KTMT missiyasının tamamilə hazır olmasına baxmayaraq, Ermənistan tərəfi orada uzunmüddətli əsaslarla mülki müşahidəçilər missiyası yerləşdirilməsi üçün Aİ ilə razılaşmağa üstünlük verir, – deyə o bildirib. – Bu, Azərbaycanla sərhəddir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilsə, o, sadəcə olaraq səmərəsiz ola bilər. Bu, sərhəddə etimadı möhkəmləndirmək yerinə əlavə qıcıqlandırıcılar yarada bilər”, deyə Lavrov qeyd edib.

Eyni zamanda, o, iki ölkənin sərhədinə KTMT missiyası göndərməyə hazır olduqlarını bildirib. “Biz hələ də Ermənistanın Azərbaycanla sərhədinə KTMT missiyası göndərməyə hazırıq”, deyə o qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button