GündəmManşetSiyasət

Azərbaycanın Laçın dəhlizini açmaq üçün tələbləri – KİV

Çərşənbə günü Ermənistanın “Qrapark” nəşri yanvarın 17-də Qarabağ separatçılarının lideri Araik Arutyunyanın Qarabağ “parlamentinin deputatları” ilə görüşü haqqında məlumat yayıb. Arutyunyan Azərbaycanın Laçın dəhlizini açmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.

Bu tələblər belədir: Ruben Vardanyanın qovulması, “Kaşen” (Qızılbulaq) mədəninin işinin dayandırılması, Laçında Rusiya nəzarət-buraxılış məntəqəsində rentgen skanerlərinin quraşdırılması və orada Ermənistandan Qarabağa və əks istiqamətdə yük daşımalarına nəzarət edəcək Azərbaycan nümayəndəsinin iştirakı.

Bundan başqa, 44 günlük müharibə başa çatdıqdan sonra tədarük edilən ağır hərbi texnika Qarabağdan çıxarılmalıdır.

Arutyunyanın sözlərinə görə, bu tələblər sülhməramlılar vasitəsilə çatdırılıb, amma ermənilər onları qəbul etməyib, “çünki dəhlizin yenidən bağlanmayacağının zəmanəti yoxdur”, deyə “Qrapark” yazır.

Ermənistan mənbələrinin məlumatına görə, dünən Qarabağda sülhməramlıların komandanı general Volkovun iştirakı ilə Bakı nümayəndələrinin Araik Arutyunyanla görüşü keçirilib. Azərbaycan tərəfdən DİN başçısı, Baş Qərargah rəisinin müavini və daha bir rəsmi şəxs iştirak edib.(Turan)

Bənzər yazılar

Back to top button