Dünya

Ermənistanda hərbi hissədə yanğın olub – 15 nəfər ölüb

Yanvarın 19-da saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunda yerləşən N saylı hərbi hissənin Azat kəndi ərazisindəki mühəndis-snayper rotasının sığınacağında yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata görə, 15 hərbçi həlak olub, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir.

Bənzər yazılar

Back to top button