İdman
Messi ilə Ronaldonu görmək üçün milyonlar xərclədi

Səudiyyə Ərəbistanından olan iş adamı Müşrəf Əl-Qamdi Kriştiano Ronaldo və Lionel Messinin oyununu izləmək üçün 2,5 milyon avroya bilet alıb.
Aut.az xəbər verir ki, PSJ sabah Ər-Riyadda “Əl Nəsr” və “Əl Hilal” klublarının ulduzlarından təşkil olunmuş komanda ilə üz-üzə gələcək.
Biletin satışından əldə olunan vəsait “Ehsan” dövlət xeyriyyə fonduna köçürüləcək.
Biletin sahibi Əl-Qamdi oyunu VİP tribunadan izləməklə yanaşı, matçdan sonra paltardəyişmə otağında Messi və Ronaldo ilə görüşə biləcək.