Siyasət

Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları bərpa etməyə çalışır

Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları bərpa etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Gözlənildiyi kimi, yaxın vaxtlarda o, Azərbaycan prezidenti İlham Əliyevlə də danışacaq. Bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Blinken və Paşinyan Azərbaycanla ikitərəfli danışıqların bərpası üzrə addımları müzakirə ediblər. “Dövlət katibi Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını bildirib”, – Dövlət Departamentinin bəyanatında deyilir.

O həmçinin ABŞ-ın davamlı sülhə nail olmaq üçü səylərin dəstəklənməsinə və bizim davamlı çoxşaxəli ikitərəfli münasibətlərimizə sadiqliyini bir daha təsdiqləyib”, – Dövlət Departamenti bildirib.

Turan-ın müxbirinin “Dövlət katibi dialoqun yeni raundunun keçirilməsilə bağlı tərəflərlə razılığa gəlməyə cəhd edibmi?” sualına Prays cavab verib ki, bu cür səylər göstərilir. “ABŞ fayda gətirəcək hər şeyi edəcək”, – Prays mətbuat üçün brifinqdə deyib.

Ötən ilin sonunda dövlət katibinin həmkarları ilə bir neçə görüşü, dövlət katibinin vasitəçiliyilə Vaşinqtonda və Nyu-Yorkda Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş olub. “Əlbəttə, biz son vaxtlar Dağlıq Qarabağ ətrafında uğursuzluqları görürük və konstruktiv dialoqun bərpa olunmasını istəyirik”, – o deyib.

O əlavə edib ki, ABŞ ikitərəfli qarşılıqlı fəaliyyətə və ATƏT vasitəsilə və ya üçtərəfli qaydada tərəfdaşlarla əməkdaşlığa hazırdır.

“Bu, dövlət katibi Blinkenin şəxsi prioritetidir. Lakin Viktoriya Nuland, Karen Donfrid, Avropa və Avrasiya Məsələləri Bürosunun bir sıra digər yüksək vəzifəli məmurları da bu məsələ ilə məşğuldurlar”, – Prays deyib.

Bənzər yazılar

Back to top button