ManşetSiyasət

ABŞ və Türkiyə Cənubi Qafqazda sülhə nail olmağa çalışırlar

Çərşənbə günü ABŞ və Türkiyə Cənubi Qafqazda sülhün təşviqı üçün “koordinasiyanı və əməkdaşlığı möhkəmləndirmək” qərarına gəliblər, Vaşinqtonda iki ölkənin yüksək vəzifəli diplomatlarının görüşündən sonra birgə bəyanatda deyilir, Turan-ın müxbiri bildirib.

Çərşənbə günü dövlət katibi Entoni Blinken və xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Departamentində ABŞ-Türkiyə Strateji Mexanizminin 4-cü ilcasını keçiriblər.

Birgə bəyanata görə, tərəflər NATO üzrə tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, ikitərəfli əməkdaşlığa dair geniş məsələlər üzrə dialoq aparıblar.

Blinken və Çavuşoğlu “nəticəyə yönəlmiş” gündəmə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Həmçinin ABŞ-Türkiyə müdafiə tərəfdaşlığı, o cümlədən Türkiyənin F-16 parkının modernləşdirilməsi müzakirə edilib.

Vaşinqton və Anlara Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini vurğulayaraq, müharibənin dayandırılması üçün həll yolunun tapılmasına dəstəklərini bir daha ifadə ediblər.

Tərəflər kollektiv müdafiəyə, eləcə də NATO-nun açıq qapı siyasətinə sadiq qaldıqlarını təsdiqləyiblər. “Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin irəliləməsi üçün Finlandiya, İsveç və Türkiyənin imzaladığı üçtərəfli memorandumun icrasına toxunulub”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button