Dünya

Ermənistanda yanğın zamanı 15 hərbçinin ölümünə görə korpus komandanı və 8 zabit işdən çıxarılıb

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandanı Vaqram Qriqoryan 15 hərbçinin ölümündən bir neçə saat sonra vəzifəsindən azad edilib.

Ermənistan KİV bildirib ki, yanvarın 19-da gecə saat 1:30-da Qeqarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissələrdən birinin mühəndis-istehkam rotasının kazarmasında yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, üç nəfərin vəziyyəti ağırdır.

Ermənistan İctimai Televiziyasının məlumatına görə, korpusun qərargah rəisi, komandanın iki müavini, eləcə də briqada komandanlığı işdən çıxarılacaq. Ümumilikdə, 9 baş zabit işdən azad ediləcək.(Turan)

Bənzər yazılar

Back to top button