Dünya

ABŞ Ukraynada infrastrukturun bərpası üçün əlavə 125 milyon dollar göndərəcək

Çərşənbə günü Bayden administrasiyası bildirib ki, Rusiyanın hücumları nəticəsində dağılmış mülki və enerji infrastrukturunun bərpası üçün Ukrayna energetikasına və elektrik şəbəkəsinə dəstək məqsədilə əlavə 125 milyon dollar ayırmaqdan ötrü Konqreslə işləyəcək, Turan-n müxbiri bildirib.

Bu vəsait Kiyev və onun ətrafında sənaye avadanlıqları, su təchizatı və istilik sistemlərinin alınmasına sərf olunacaq, dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“Ukraynaya qarşı müharibə zamanı Rusiya milyonlarla adamı işıqsız, susuz və istiliksiz qoymaq üçün sistematik olaraq elektrik sisteminə zərbə endirib. Rusiya soyuq qış aylarında Ukraynanın əzmini və qətiyyətini sarsıtmağa çalışıb. Ancaq hücumlar ukraynalıların davam gətirmək əzmini daha da gücləndirib”, – Blinken deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button