ManşetSağlamlıq

Azərbaycanda son 24 saatda koronovirusa yoluxanların statistikası (RƏSMİ)

Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 44 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

AzToday.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1620 nəfər müalicə olunaraq sağalmış, 31 nəfər vəfat etmiş, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılmışdır.

Bənzər yazılar

Back to top button