Cəmiyyət

“Polis cəmiyyətin hörmət etmədiyi qanuna niyə keşik çəkməlidir ki?”

Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirdiyi iddia olunan gəncin alçaldıcı hərəkətlərə və zorakılığa məruz qaldığı iddia olunur. Sosial şəbəkələrdə həmin şəxsin saçları yığılmış və qırxılmış formada fotoları yayılıb. Sözügedən fotoların polis orqanlarında çəkildiyi iddia olunsa da, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iddialar əsassızdır, fotolar polis orqanlarında çəkilməyib.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı yazıçı Aqşin Yeniseyin feysbukda yazdığı sözlər müzakirələrə səbəb olub.

“Söyüşə minimum on doqquz bıçaq zərbəsi ilə cavab verən vətəndaşı qəhrəman elan edən cəmiyyət, söyüşə görə vətəndaşı vətəndaşın öz qandığı yolla cəzalandıran polisdən qanun tələb edir. Əlbəttə, polis qanun keşikçisidir, amma xalqın, cəmiyyətin hörmət etmədiyi qanuna niyə keşik çəkməlidir ki?”, – deyə o məsələyə münasibət bildirib.
Sosial şəbəkə istifadəçiləri yazıçını bu fikirlərinə görə tənqid ediblər.

Bənzər yazılar

Back to top button