Hadisə

Narkotik maddə alverçilərindən 24 kiloqram marixuana və psixotrop maddələr götürülüb

Yanvarın 17-də Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında sərhədçilər İran tərəfdən dövlət sərhədinin pozulduğunu aşkar ediblər. “Toyota Pirus” markalı avtomobillə qaçmağa cəhd edən 3 nəfər axtarış tədbirləri nəticəsində saxlanılıb. Onlar Azərbaycan vətəndaşları: Bəxtiyar Hacıyev (1980-cı ildə anadan olub) Elvin Məmmədov (1984-cü ildə anadan olub) Vüsal Hüseynovdur (1986). Onlar narkotik maddəni götürmək üçün hadisə yerinə gəliblər.

Avtomobilə baxış zamanı 24,3 kiloqram marixuana, 290 ədəd M-40 metadon həbi, civəyə bənzər maye olan ampula aşkar edilib. Faktla bağlı araşdırma aparılır, yanvarın 19-da Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button