Dünya
Ermənistanda 15 hərbçinin öldüyü yerdən görüntülər – Video

Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehkam taborunun sığınacağında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, “Sputnik Ermənistan” hadisə yerindən görüntülər yayıb.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, yanğın nəticəsində 15 erməni hərbçisi həlak olub, 7 nəfər isə yaralanıb. Baş vermiş yanğınla əlaqədar 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan və Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi vəzifəsindən azad ediləcəyi bildirilir.