Siyasət

Balasanyan Bakı ilə danışıqlara yenidən başlamaq üçün qayıdır?

Separatçıların lideri Arayik Arutyunyan Vitali Balasanyanı siyasi arenaya qaytarmaq qərarına gəlib. Bu barədə cümə axşamı “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Arutyunyan Balasanyanı geri qayıtmağa razı sala bilib və yaxın günlərdə o, hərbi məsələlər üzrə müşavir təyin olunacaq. Ona “Təhlükəsizlik Şurasının katibi” olduğu vaxtlardakı kimi Azərbaycan tərəfilə danışıqlara yenidən başlamaq tapşırılacaq,

Nəşrin məlumatına görə, Balasanyan “dövlət naziri” Ruben Vardanyanın təkidilə işdən çıxarılıb. Vardanyan Balasanyanı “Qarabağın maraqlarını müdafiə edə bilməməkdə və danışıqlarda Azərbaycanın tələblərini yerinə yetirməkdə” ittiham edib.

Bundan əlavə, Vardanyan hesab edir ki, Azərbaycanla danışıqlar aparmaq üçün bir şey yoxdur, çünki Azərbaycanın məqsədi danışıqlar yox, Qarabağda tam nəzarətə nail olmaqdır.

Nəşr hesab edir ki, Arutyunyan Azərbaycanla danışıqlara hazır olduğunu nümayiş etdirir. Bundan əlavə, göstərir ki, Qarabağda qərarları Ruben Vardanyan yox, o qəbul edir. (Turan)

Bənzər yazılar

Back to top button