Bizim seçimHadisə

Azərbaycan İES-də tüstülənmə: 6 yanğınsöndürən cəlb edildi

Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci enerji blokunda tüstülənmə baş verib.

AzToday.az Report-a istinadən xəbər verir ki, tüstülənməyə stansiyanın enerji blokunda yaşanan nasazlıq səbəb olub.

Dərhal hadisə yerinə 6-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, tüstülənmə blokun nasos hissəsində baş verən yağ axıntısı səbəbindən olub. Hadisə nəticəsində stansiyada 1991-ci il təvəllüdlü Əliyev Vahid İsmayıl oğlu tüstüdən zəhərlənib. Ona yerindəcə tibbi yardım göstərilib.

Hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.

Bənzər yazılar

Back to top button