Hadisə

“İnternational Medical Centre” və nevroloqundan şikayət

“İnternational Medical Centre” məhkəməyə verilib.

AzToday.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, məhkəmə iddiası Rzayeva Şövkət Hacıbaba qızı tərəfindən qaldırılıb.

Məhkəmədə cavabdeh qismində xəstəxanın nevroloqu, proloterapiya uzmanı Heydərova Sevinc Abisalam qızının da iştirakı nəzərdə tutulur.

Ehtimal edilir ki, Şövkət Rzayeva pasiyent qismində xəstəxanın xidmətlərindən narazı qalıb. Şikayətçi xəstəxanadan və Sevinc Heydərovandan ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun sədrliyi ilə baxılacaq.

Bənzər yazılar

Back to top button