GündəmManşetSiyasət

Erməni bloger “blokadada” olan qarabağlıların acıdan necə “öldüyünü” göstərdi

Xankəndi sakini, bloger David Simonyan Qarabağda “blokada” zamanı vəziyyətlə bağlı silsilə videoreportaj dərc edib.

Bu materiallar ötən il dekabrın 12-də Şuşa yaxınlığında Xankəndı-Laçın yolunda azərbaycanlı fəalların aksiyasına başlamasından sonra Qarabağda dəhşətli aclıq olması ilə bağlı erməni təbliğatının iddialarını təkzib edir.

Videoda Xankəndinin küçələri, aptek və mağazaları, eləcə də şəhər bazarı əks olunub.

Bir sıra ərzaq və dərman qıtlığı var, insanlar vəziyyətdən narahat olsalar da, aclıqdan şikayətlənmirlər. Əksinə, hər şeyə sahib olduqlarını və daha bir il dözə biləcəklərini iddia edirlər.

Bu videolar yanvarın 17-də, yəni dörd gün əvvəl lentə alınıb və Qarabağda ”humanitar fəlakət” və “kütləvi aclıq” iddialarını təkzib edir.(Turan)

Bənzər yazılar

Back to top button