Siyasət

İran üzrə mütəxəssis:”Rejim ciddi islahatlar aparmaq məcburiyyətində qalacaq”

İstanbuldakı Avrasiya Bir Vəqfinə bağlı Avrasiya Strateji Araşdırmalar Mərkəzi “Yaxınlığımızdakı uzaq İran” mövzusunda iclas təşkil edib.

Turan agentliyin verdiyi xəbərə görə, iclasın açılışında çıxış edən Avrasiya Strateji Araşdırmalar Mərkəzi başqanı Musa Serdar Çelebi əsas məqsədlərinin Türkiyəyə yaxın və uzaq ölkələrdəki gedişatlarla bağlı iclaslar təşkil edib lazımi raportlar hazırlamaq olduğunu deyib. İranın Türkiyəyə qardaş bir dövlət olduğuna diqqəti cəlb edən Musa Serdar Çelebi “Oradakı Türk mənşəli əhalinin rifah içindəki xoşbəxt yaşayışı bizi də məmnun edəcək”-deyə vurğulayıb.

Ramazan Bursa

İclasda çıxış edən İran üzrə mütəxəssis, jurnalist-yazar Ramazan Bursa, Səfəvi və Osmanlı imperatorları Şah İsmayıl ilə Sultan Səlim arasındakı mübarizənin əsas məqsədinin Bağdadda hakimiyyəti ələ keçirərək cahan imperatorluğuna yüksəlmək olduğunu bildirib.

”Nadir Şahın qətli İran tarixi baxımından dəyişikliklərin əsas nöqtəsidir. Qacarlardan sonra ata Pəhləvinin çevriliş yoluyla hakimiyyətə gəlməsiylə İran taxtı farsların əlinə keçmişdir. Ata Pəhləvinin 1 ay Türkiyədə qalmasının əsas səbəbi AMustafa Kamal Atatürkün islahatlarını öz ölkəsində həyata keçirmək idi”, – deyə sözlərinə davam edən Ramazan Bursa,Türkiyədəki inqilabi dəyişikliklərin İranda reallaşmaması iki ölkənin idarəçilik sistemləri arasında ciddi fərqlər yaratdığını bildirmişdir. 1979-cu il inqilabının həyata keçirilməsində xalqın hər təbəqəsinin iştirak etməsinə baxmayaraq,`İslam inqilabı` adını Xomeyninin verdiyini xatırladan jurnalist-yazar Ramazan Bursa, tarixin bu sınma nöqtəsindən sonra ölkənin hal-hazırkı siyasətini üç siyasi dünyagörüşünün istiqamətləndirdiyini bildirib.

”Əslində bu gün İran deyilən bir dövlət struturu İnqiab Mühafizəçiləri`nin hakimiyyətindən ibarətdir. Xaotik bir struktur olan İnqilab Mühafizəçiləri`nə bağlı Besic təşkilatının 25 milyon üzvü var. Keçən ilin yayından bəri davam edən hadisələrdə xalqın içindən çıxan insanların xalqa divan tutduğunu görürük.İnqilabdan sonra keçən 44 illik müddətdə İran inqilabının öz nəslini yarada bilməyib. Bunun əsas səbəbləri İran-İraq müharibəsi və müharibədən 1 il sonra Xomeyninin ölməsidir. Buna görə ölkədə inqilabın yeni nəsillər tərəfindən müdafiə edildiyini deyə bilmərik”-deyə sözlərinə davam edən İran üzrə mütəxəssis Ramazan Bursa,Tehran rejiminin bütün sahələrdə ciddi islahatlar aparmasının qaçınılmaz olduğunu vurğulayıb. Çıxışının axırında Ramazan Bursa dinləyicilərin suallarını cavablandırıb.

Türkiyənin ictimai-siyasi və iqtisadi həyatında mühüm fikir-düşüncə qurumu rolu oynayan Avrasya Bir Vəqfi 194-cü ildə yaradılıb. Vəqfin tərkibində yaradılan Avrasiya Strateji Araşdırmalar Mərkəzi indiyə qədər Türkiyədə və müxtəlif ölkələrdə təxminən 2000 konfrans təşkil etmiş,1000-dən çox kitab və dərgi nəşr etmişdir. Avrasiya Bir Vəqfinə 24 ildən bəri Şaban Gülbahar başçılıq edir.

Bənzər yazılar

Back to top button