İdman

“Real Madrid”in ulduz forvardı sıradan çıxdı

“Real Madrid”in ulduz futbolçusu Vinisius Junior sıradan çıxıb.

Fanat.az xəbər verir ki, o, İspaniya La Liqasının III turunda “Selta” ilə görüşdə zədələnərək meydanı tərk edib.

Oyundan sonra mətbuat konfransında futbolçunun durumu ilə bağlı danışan komandanın baş məşqçisi Karlo Ançelotti Juniorun “Xetafe” ilə qarşılaşmanı buraxacağını bildirib.

Sözügedən matç 2 sentyabrda keçiriləcək. 20 yaşlı hücumçunun 16 sentyabra qədər zədəsini bərpa edib “Real Sosyedad”la oyunda meydana çıxacağı gözlənilir.

Bənzər yazılar

Back to top button