İqtisadiyyat

Eldar Əzizovun fəaliyyəti təftiş olunur

Maliyyə Nazirliyi Bakı şəhər İcra Hakimiyyətində yoxlamalara başlayıb. Bu barədə Tribunainfo.az-a məlumat verilib.

Nazirlik əməkdaşlarının bir həftədir ki, meriyada maliyyə təftiş apardıqları xəbər verilir. Hətta bu məqsədlə MN-nin komissiyasına iki otaq ayrıldığı bildirilir.

Bu yoxlamaların BŞİH rəhbəri Eldar Əzizovu son dərəcə narahat etsə də, iddialara görə, ən çox təşviş içində aparat rəhbəri Ayaz İmaməliyevdir. Maliyyə Nazirliyinin meriyada qəfildən yoxlamalara başlamasının səbəbi açıqlanmasa da, görünür, ciddi informasiya əsasında proses başladılıb.

Bu yoxlamaların yekununda ciddi maliyyə pozuntularının və yeyintilərin aşkarlanacağı istisna deyil. Hətta həmin faktlar əldə rəhbər tutularaq, hüquq-mühafizə orqanlarının araşdırma və əməliyyat aparmasına gətirib çıxara bilər.
Məlumata görə yoxlamalar BŞİH-in tabeliyində olan qurumları da əhatə edir. Çox güman ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti, Ticarət və Xidmət Departamenti, “Lifttəmir” İstehsalat Birliyi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və tikinti məsələləri şöbəsi yoxlanılır.

Bundan əlavə, son xəbərə görə, nazirlik işçiləri BŞİH aparatının büdcə xərclərini, vəsaitlərin şəffaf şəkildə istifadəsini də təftiş edirlər.

Bənzər yazılar

Back to top button