GündəmManşetSiyasət

Ermənilər sülhməramlıları spekulyasiyada ittiham edirlər, Qızıl Xaç isə 4 xəstəni Ermənistana aparıb

Erməni tərəfi Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə və Laçın dəhlizini aça bilməməkdə suçlamağa davam edir. Son zamanlar bu ittihamlara sülhməramlıların qanunsuz maliyyə fəaliyyətilə bağlı ittihamlar da əlavə olunub. Əsasən Ermənistan İctimai Televiziyasının saytında sülhməramlıların siqaret alveri etməsi barədə xəbərlər yayılıb. Deyilir ki, onlar Ermənistanda siqareti ucuz qiymətə alıb, Qarabağda üç dəfə baha qiymətə satırlar. Həmin mənbənin məlumatına görə, sülhməramlılar Qarabağdan Ermənistana 10 min dollara iki kriminal avtoritet aparıblar.

Bu arada yanvarın 23-də Qızıl Xaç avtomobillərilə Qarabağdan Ermənistana 4 ağır xəstə aparılıb. Qarabağdan Ermənistana aparılan xəstələrin ümumi sayı 46 nəfərdir, Ermənistan KİV bildirib.

Vətəndaş fəallarının Laçın-Xankəndi yolunda aksiyası 43-cü gündür ki, davam edir. Ötən gün ermənilər Azərbaycanı növbəti dəfə Ermənistandan Qarabağa gedən qaz kəmərini bağlamaqda ittiham ediblər.(Turan)

Bənzər yazılar

Back to top button