Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılmasını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranın nümayişkaranə şəkildə yandırılmasını qətiyyətlə pisləyib və İsveç hakimiyyətindən cinayətkarların cəzalandırılmasını tələb edib.

“Stokholmda Türkiyə səfirliyinin qarşısında Müqəddəs Qurani-Kərimə təhqir edən rəzil hərəkəti qətiyyətlə qınayırıq. Nifrətdən irəli gələn islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini nifrət zəminində cinayət törədənləri məsuliyyətə cəlb etməyə çağırırıq”, – Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter-də yaydığı bəyanatda deyilir..

Yanvarın 21-də Danimarkanın sağçı ekstremist Sərt Kurs Partiyasının lideri Rasmus Paludan Stokholmda Türkiyə səfirliyinin qarşısında təxribat törədib. Ekstremist açıq şəkildə Quranı yandırıb. Aksiya İsveç hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb, sağçı ekstremistin təhlükəsizliyini isə yerli polis təmin edib.

Türkiyə hökuməti də Paludanın hərəkətini və bu aksiyanın İsveç hakimiyyəti tərəfindən razılaşdırılmasını sərt şəkildə pisləyib.

Bənzər yazılar

Back to top button