İqtisadiyyat

Neft Fondu 3,6 milyard manatı büdcəyə köçürməyib – Səbəb

Ötən il üçün dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 5% və ya 1 milyard 462,7 milyon manat artıq icra olunaraq 30 milyard 660,5 milyon manat təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən açıqlama verilib.

Bildirilir ki, qeyri-neft sektoru üzrə daxilolmaları 15 milyard 278,8 milyon manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulandan 1 milyard 618,5 milyon manat çoxdur.

Neft-qaz sektoru üzrə daxilolmaları isə 15 milyard 381,7 milyon manat və ya proqnozla nəzərdə tutulandan 155,8 milyon manat az olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11 milyard 517,5 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat məbləğində vəsait daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3 milyard 594,5 milyon manat az istifadə olunmasına imkan verib.

Bənzər yazılar

Back to top button