Siyasət

Avropa İttifaqı Ermənistanın sərhədyanı rayonlarına mülki missiya göndərilməsi qərarını təsdiqləyib

“Bazar ertəsi Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

“Misiyada məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyə xidmət etmək, yerlərdə inamı möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə Avropa İttifaqının dəstəklədiyi səylərə xidmət edən əlverişli mühiti təmin etməkdir”, – Avropa İttifaqının Turan agentliyinə göndərdiyi press-relizdə deyilir.

“Ermənistanda Avropa İttifaqının missiyasının yaradılması Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələ açır. Avropa İttifaqı deeskalasiya üzrə səyləri dəstəkləməyə davam edəcək və son məqsədə – Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər iki tərəflə sıx əməkdaşlıqa sadiqdir”, – Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

“Ermənistanın sorğusuna cavab olaraq, Avropa İttifaqının mülki missiyası patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı məlumat verəcək ki, bu da yerlərdə Avropa İttifaqının vəziyyətlə bağlı anlayışını möhkəmləndirəcək. Missiya həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək.

Ermənistanda Avropa İttifaqının mülki missiyasının ilkin mandatı iki il qüvvədə olacaq, onun operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki planlaşdırma və davranış şöbəsinin idarəedici direktoru Stefano Tomat mülki əməliyyatlar üzrə komandan olacaq. Yaxın vaxtlarda yerlərdə əməliyyatlara rəhbərlik etmək üçün missiyanın rəhbəri təyin olunacaq”, – Avropa İttifaqı Şurasının məlumatında deyilir.

Qeyd edək ki, bundan öncə Bakı regiona belə missiyanın göndərilməsinə etiraz edib.(Turan)

Bənzər yazılar

Back to top button