GündəmManşetSiyasət

Ruben Vardanyanın hazırkı vəziyyətdən necə çıxa biləcəyi barədə anlayışı yoxdur

“Dövlət naziri” Ruben Vardanyan BBC radiostansiyasının “Hard Talk” proqramında britaniyalı jurnalist Stiven Sakuraya müsahibəsində etiraf edib ki, hazırkı böhranlı vəziyyətdən çıxmaq üçün onun proqramları var.

Rusiya sülhməramlılarının Laçın yolunu aça bilmədiyini, Qarabağla Ermənistan arasında münasibətlərin getdikcə pisləşdiyini nəzərə alaraq, Dağlıq Qarabağ düşmən şəraitdə ikən necə tab gətirə biləcək? Bu sualın cavabında Vardanyan bildirib ki, belə bir şey yoxdur.

“Nədən danışdığınızı bilmirəm. Bu, spekulyasiyadır, məncə, söhbətimizdə bunu müzakirə etməyin və ya ona istinad etməyin mənası yoxdur”, – o deyib.

Vardanyan Vladimir Putinlə yaxın olduğunu da inkar edərək deyib ki, belə bir iddia, həmçinin çirkli pulların yuyulmasında əli olması barədə iddiaları doğru deyil.

Hazırda sizin üçün yeganə real çıxış yolu Azərbaycanla siyasi saziş əldə etməkdir, ya da Dağlıq Qarabağın erməni icması belə yaşamağın mümkünsüzlüyü və ərazini tərk etmək barədə qərar verməsidir. Hansını seçəcəksiniz – siyasi sövdələşmə, yoxsa nəticə?

Bu sualın cavabında Vardanyan deyib ki, Qarabağ ermənilərinin çıxış yolu yoxdur və onlar 1988-ci ildən öz müstəqillikləri uğrunda mübarizə aparırlar. Azərbaycanla danışıqlar ola bilər, amma Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq.

“Biz özümüzü Azərbaycanın bir hissəsi kimi təsəvvür edə bilmərik”, – o deyib.

“Niyə Yerevan hökuməti Qarabağın müstəqilliyi məsələsini qaldırmır, yalnız Qarabağ ermənilərinin hüquqları barədə məsələ qaldırır” sualının cavabında Vardanyan deyib: “Biz müstəqillik hüququmuza, öz vətənimizdə yaşamaq hüququmuza inanırıq. Arsaxda yaşayanların əksəriyyəti bizim üzləşdiyimiz çətinlikləri anlayır. Onlar qalmağa və öz evlərini qorumağa hazırdırlar”.

Vardanyan Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina edib və erməniləri tək qoyan Vladimir Putinə ümid edib-etməməsi barədə sualı şərh etməyib.

Vardanyan “Qarabağ əhalisi hesab edir ki, o, daha çox problem və adamların təhlükəsizliyinə qorxu yaradıb” iddialarını təkzib edib. Bəziləri onun Qarabağdan getməsini, üstəlik elə indi getməsini istəyir.

“Mən burada öz xalqımın yanında qalacağam. Hansı sınaqlar olursa- olsun, biz onlardan birlikdə keçəcəyik”, – Vardanyan deyib.(Turan)

Bənzər yazılar

Back to top button