Siyasət

Nailə İsmayılova: “Səs verin ki, səsiniz olmaq şansına birgə nail olaq”

49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə deputatlığa namizəd Nailə İsmayılova yanvarın 17-dən etibarən təbliğat-təşviqat kampaniyası çərçivəsində 38 məntəqə üzrə 33 kənd və qəsəbəni, eyni zamanda Mingəçevir şəhərinin bir hissəsini addım-addım gəzərək seçicilərlə görüşlər keçirib.

Cebhe.info-ya bu haqda xanım namizədin seçki qərargahından məlumat verilib. Məlumatda bildirilib ki, N.İsmayılova hər kənddə ən azı 2 dəfə olmaqla keçirdiyi görüşlər zamanı seçicilərin yaşadıqları kənd həyatının problemləri ilə maraqlanıb və yaxından tanış olub.

33 kənd və qəsəbəni, eyni zamanda Mingəçevir şəhərinin bir hissəsini əhatə edən 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə görüşlərdə Nailə İsmayılova Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi, sosial, struktur və kadr islahatları, onun uğurlu nəticələri haqqında məlumat verib. Xanım namizəd bildirib ki, dövlət başçısının rəhbərliyi altında son zamanlarda həyata keçirilən köklü islahatları əhalinin sosial şəraitinin yaxşılaşması istiqamətində atılan uğurlu addım kimi qiymətləndirmək lazımdır. Bu islahatlar əhalinin sosial rifahının, xüsusilə də həssas kateqoriyadan olan insanların sosial ehtiyaclarının ödənilməsinə hesablanıb: “Elə bu səbəbdən də növbədənkənar seçkilərdə hamılıqla iştirak edib, Prezidentin həyata keçirdiyi islahatlara dəstək olmaq vətəndaş kimi hər birimizin borcudur”.

Deputatlığa namizəd nəticədən asılı olmayaraq, indiyədək seçicilər tərəfindən qeyd edilmiş problemlərin həllinə biganə qalmayacağını, onların həlli istiqamətində cəhd göstərəcəyini, bütün mümkün vasitələrlə yuxarı instansiyalara müraciət edəcəyini onların diqqətinə çatdırıb.

Bənzər yazılar

Back to top button