İqtisadiyyat

Bakıya yeni taksi şirkəti gəlir – “Paşa Holdinq”lə eyni ünvanda yerləşir

Azərbaycanda nizamnamə kapitalı 100 000 manat olan “Uklon Azərbaycan” MMC (VÖEN – 1406338961) adlı şirkət dövlət qeydiyyatına alınıb.

Yeniavaz.com xəbər verir ki, “Uklon Azərbaycan” MMC Ukraynanın aparıcı taksi şirkətlərindən olan “Uklon taksi”nin
Azərbaycandakı tərəfdaşı olacaq. MMC-nin qanuni təmsilçisi Məmmədov Xaqani Rüstəm oğludur.

Məlumat üçün bildirək ki, “Uklon Azərbaycan” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşir. Ölkənin ən böyük özəl şirkətlərindən biri olan “Paşa Holdinq” də bu ünvanda yerləşir.

Bənzər yazılar

Back to top button