Dünya

Berdiməhəmmədovla Prezident oğlu arasında gərginlik yaşanır?

Türkmənistanın sabiq başçısı Qurbanqulu Berdiməhəmmədovla Prezident oğlu Sərdar Berdiməhəmmədov arasında problemlərin yaşandığı iddia edilib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bir çox siyasi ekspertlərin fikrincə Türkmənistanda Qurbanqulu Berdiməhəmmədovun yeni qanunla özünü toxunulmaz elan etdirməsi buna işarədir.

Yeni qanuna görə Türkmənistanda tərkibinə Prezidentin də daxil edildiyi Xalq Məsləhəti ali nümayəndəlik orqanı qurulub və Qurbanqulu Berdiməhəmmədov başçı olub. Beləcə o, ölkədə bütün vəzifəli şəxslər, deputatlar və Prezidentin fəaliyyətinə nəzarət edəcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bəzi iddialara görə, sabiq Prezident oğlunun gələcəkdə onun nəzarətindən tam çıxaraq öz iradəsi ilə hərəkət etməsindən qorxduğu üçün belə addım atıb.

Bənzər yazılar

Back to top button