İdman

Mbappe PSJ tarixinin rekorduna imza atdı

PSJ-nin futbolçusu Kilian Mbappe klub tarixində yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu buna ötən gecə Fransa kubokunun 1/16 finalında “Pay de Kassel”lə oyunda (7:0) 5 dəfə fərqlənməklə nail olub. Nəticədə Mbappe PSJ-nin tarixndə 1 oyunda penta-trik edən ilk futbolçu adını qazanıb.

Mbappenin özü də karyerasında heç vaxt bu qədər qol vurmayıb. O, 1 görüşdə maksimum 4 qol vura bilib. Fransalı forvard bunu 2 dəfə bacarıb.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır.

Bənzər yazılar

Back to top button