Dünya

ABŞ “Vaqner cinayətkar qrupu”nu məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edir

Bazar ertəsi Dövlət Departamenti Rusiyanın Vaqner muzdlular qrupunun tezliklə transmilli cinayətkar təşkilat kimi tanınacağından əminliyini ifadə edib, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir.

ABŞ-ın Maliyyə Nazirliyi bu cinayətkar qrupa qarşı geniş sanksiyalar elan etməyi planlaşdırır, deyə Prays mətbuat üçün brifinqdə bildirib.

“Bu transmilli cinayətkar təşkilatda cinayətkar məmurlar işləyir; bəzi hallarda onun tərkibində ağır cinayətlərə görə həbsdə olan, həbsxanadan azad edilən canilər var. Transmilli cinayətkar təşkilat statusu Bayden administrasiyasına “digər yüksək vəzifəli şəxsləri və qrupun əməkdaşlarını da məsuliyyətə cəlb etmək üçün daha bir vasitə” verəcək, deyə Prays bildirib.

Bənzər yazılar

Back to top button