Cəmiyyət

“Mc Donalds” “Memar Əcəmi”də yolu bağlayıb? – Vətəndaşlar etiraz edir

Bir qrup vətəndaş “Memar Əcəmi” metrostansiyasının çıxşında etiraz aksiyası keçirib.

AzToday.az “Baku Tv”yə istinadən xəbər verir ki, buna səbəb “Mc Donalds” şirkətinin yolu müxtəlif istiqamətlərdə bağlaması ilə piyadaların hərəkətinin məhdudlaşdırması olub.

Vətəndaşlar şirkət rəsmilərinə xitabən “siz 3 kökə satacaqsınız deyə, biz ac qalmalıyıq?!”, – deyə etiraz ediblər.

Əraziyə gələn şirkət rəsmisi yolun piyadaların hərəkəti üçün daha əlevirşli olacağına və tezliklə açılacağına söz verib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında vətəndaşların narazılıq bildirdiyi bütün məsələlər ətraflı şəkildə aydınlaşdırılacaq:

“Ərazi üzrə xidmət aparan yol polisi əməkdaşları, hərəkətin təşkilinə cavabdeh olan şəxslər hadisə yerinə cəlb olunmaqla, zəruri tədbirlər həyata keçiriləcək. Burada yol hərəkəti qaydalarının pozulması zəminində baş verən bütün hərəkətlərə hüquqi qiymət veriləcək”.

Bənzər yazılar

Back to top button