İqtisadiyyat

Bakıda məşhur bazarı yenə məhkəməyə verdilər – Bu dəfə öz sahibləri…

“Suraxanı bazarı” ASC-nin (VÖEN – 1900016211) səhmdarları Məmmədova Səbirə Əsgər qızı və Əsədov Elman Balaəli oğlu səhmdarı olduqları şirkətə qarşı məhkəmə iddiası qaldırıblar.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası dünən Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın icraatına verilib.

Səhmdarların qaldırdığı iddia korporativ mübahisələrlə bağlıdır.

Məlumat üçün bildirək ki, “Suraxanı bazarı” ASC 19.12.2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 min 849 manat olan ASC-nin qanuni təmsilçisi Qafarov Tural Məmmədrza oğludur.

Qeyd edək ki, uzun müddətdir “Suraxanı bazarı” ASC ilə bağlı məhkəmələrdə müxtəlif iddialar qaldırılıb. Bildirilir ki, bazar zərərlə işlədiyi üçün səhmdarlara dividend ödəməyib və bu səbəbdən də onlar dəymiş zərərin ödənilməsini tələb edirlər.

Bənzər yazılar

Back to top button