Hadisə

Laçında Həmkarlar İttifaqı müəllimlərin pulunu mənimsəyir

Laçın rayonunun təhsil işçilərindən hər ay həmkarlar ittifaqına yığılan vəsaitlərin böyük həcmi mənimsənilir.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Laçın rayonunun orta məktəb və təhsil müsəssisələrindən hər ay ortalama 20-25 min manat arasında həmkarlar ittifaqına pul yığılır. Yığılan pulların mühüm hissəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri ilə Laçın rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri tərəfindən müxtəlif adlar altında rəsmiləşdirilərək mənimsənildiyi iddia edilir.

Əldə etdiyimiz məlumata görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Laçın rayon komitəsinin Həmrəylik günü və Yeni il bayramı münasibətilə Laçın rayon təhsil işçiləri üçün alınan hədiyyələr üçün də büdcədən xeyli vəsait silinib. Belə ki, ən ucuz İran məhsullarından qablaşdırılan hədiyyə qutularının ümumi dəyərinin 2.5, 3 manat olduğu halda hədiyyə paketlərinin 20 manata rəsmiləşdirildiyi deyilir.

Məlumata görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Laçın rayon komitəsin müəllimlərdən yığılan vəsaitlər əsasən kvartal mükafatları, yardım və digər adlar altında büdcədən yayındırılır.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Laçın rayon komitəsində həqiqətən mükafat və yardım alan təhsil işçilərinin böyük əksəriyyətinin Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Komitənin sədri Pərviz Xaspoladlıya yaxın olan müəllimlər olduğu vurğulanır.

Qeyd edək ki, Laçın rayonunun ölkənin müxtəlif bölgələrində ümumilikdə 106 orta məktəb və təhsil müəssisəsi var.

Qarşı tərəf mövqe bildirə bilər.

Bənzər yazılar

Back to top button