Siyasət

Yerevanın “yeni təklifləri” deyilənlərin təkrarıdır

Ermənistan Rusiya vasitəsilə sərhəd zonasında gərginliyin aradan qaldırılmasına dair təkliflər paketini Azərbaycana təqdim edib. Bu barədə xarici işlər naziri Ararat Mirzoyan yanvarın 19-da parlamentin iclasında deputatlarla görüşündə bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistan tərəfi gərginliyin aradan qaldırılması, habelə sərhəd zonasında sabitliyin və təhlükəsizliyin artırılması haqqında təkliflər paketi hazırlayıb.

“Paket həm Rusiyaya, həm də Moskva vasitəsilə Azərbaycana təqdim edilib. Təbii ki, təfərrüatını açıqlaya bilmərəm”, deyən Mirzoyan elə buradaca əlavə edib ki, təkliflər “qoşunların qarşılıqlı olaraq çıxarılmasını və əlavə təhlükəsizlik mexanizmlərinin yaradılmasını” nəzərdə tutur.

Qeyd edək ki, Mirzoyanın dedikləri Bakını dəfələrlə rədd etdiyi təkliflərin təkrarıdır. Azərbaycan, eləcə də Rusiya gərginliyin aradan qaldırılmasını iki ölkə arasındakı sərhədlərin Azərbaycan və Ermənistan SSR-in sərhədi əsasında delimitasiyasında görür.

Bənzər yazılar

Back to top button