Mədəniyyət

Çingiz Abdullayev: “Bəlkə də, baş götürüb həmişəlik ölkədən getmək vaxtıdır…”

Yazıçı ona edilən hücumlardan bezdiyini deyib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini açıqlayıb.

Yazıçı bu barədə “Facebook” səhifəsində yazıb.

“Mənə edilən axmaq hücumlardan bezmişəm. Axmaq olduqlarını yazacağam, inciyəcəklər. İstedadsız olduqlarını yazacağam, daha çox inciyəcəklər. Birliyimizin mətbuat katibi mənə izah etdi ki, indi bu, trenddir. Onlar özlərini əhəmiyyətli göstərmək üçün sizə aid ağızlarına gələni yazırlar. Çünki başqa cür alınmır. Sizin tonunuzdan daha əhəmiyyətli görünürlər”, – yazıçı bildirib.

Bezdiyini qeyd edən Çingiz Abdullayev daha çox da Bakı ləhçəsi ilə danışmasına irad bildirənlərdən incidiyini dilə gətirib: “Məni elə bezdiriblər. Bəlkə, doğrudan, həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır? Bu, məni çox incidir. Bura mənim ölkəmdir, mənim şəhərimdir. Amma məni bu şəhərin ləhçəsində danışdığım üçün qınayırlar. Beləcə yaşayırıq. Qeyri-adekvat adamlar çoxdur. Bu, artıq əhalini də korlayır. Nəsə etməyin vaxtıdır”.

Çingiz Abdullayev rus dilində yazan Azərbaycan detektiv yazıçısıdır.

O, mətbuatda zaman-zaman Azərbaycan dilində sözləri yanlış tələffüz etməsi ilə gündəmə gəlir.

Bənzər yazılar

Back to top button