Bizim seçimDünyaHadisə

Xadimə millət vəkilinin silahı ilə intihar etdi – (FOTO)

AK Partiyanın İstanbul Millət vəkili Şirin Ünalın evində bir ildir ki, xadimə işləyən 23 yaşlı Nadirə Qədirova adlı qadın intihar edib.

AzToday.az xəbər verir ki, özbək əsilli qadın özünü millət vəkilininin lisenziyalı silahı ilə özünü öldürüb.

Bildirilir ki, N.Qədirova yaxın rəfiqəsi Leyla adlı qıza ölmədən bir gün öncə ölmək istədiyini deyib: “Çox pis şeylər olur. Mən böyük qardaşım üzünə necə baxacağam? Ölmək istəyirəm”.

N.Qədirovanın intiharıyla bağlı səlahiyyətli şəxslər səssiz qalsa da böyük qardaşı Məhəmməd Əli Qədirov jurnalistlərə açıqlama verib:

“Bacımın intihar etməsini üçün heç bir durum yox idi. Yaxın zamanda universitet imtahanı üçün kursa başlamaq istəyirdi. Bildiyimiz qədəriylə Nadirə saat 08.48-də millət vəkili Ünala aid tapançayla ürəyinə atəş edib. Nadira Bilkent Xəstəxanasına aparıldı və xilas etmək mümkün olmayıb. Məlumata görə, ölümü 09.50-də baş verib. Bacım 4 ildir Türkiyədə yaşayırdı. Heç bir problemi də yox idi. Bu intihar hadisəsi bizi təəccübləndirdi.

Bundan əlavə məhkəmə ekspertizasıındakı əməliyyatlar millət vəkilinin dövrəyə girməsiylə reaktiv sürətiylə tamamlandı. Bu gün 22.00-da cənazəni təyyarə ilə ölkəmizə aparacağıq”.

(Unikal.org)

Bildirilib ki, AK Partiya Millət vəkili Şirin Ünal evdə olduğu vaxt N.Qədirova intihar edib.

Bənzər yazılar

Back to top button